Komandadan ayrılan Xose Mourinyodan ilk açıqlama: “İstədiyim tək şey…”
“Mançester Yunayted”dən ayrılan təcrübəli məşqçi Xose Mourinyo mətbuata açıqlama verib.
Minval.info xəbər verir ki, o, özünəməxsus şəkildə sualları cavablandırarkən hazırda istirahət haqda düşündüyünü dilə gətirib.
“Nəyə görə duyğularımı mediayla və ya azarkeşlərlə paylaşmalıyam. Artıq oyun bitdi! Siz də futbola qayıdana qədər mənə hörmət edin. Alış-verişə getmək, yürüş etmək istəyirəm. İstədiyim tək məşğuliyyət budur. Mançester Yunayted geridə qaldı” – Mourinyo bildirib.
Qeyd edək ki, təcrübəli məşqçi ingilis klubundan 27 milyon euro təzminat alacaq. O, komandanın başında olan zaman 144 matça çıxıb. 84 görüşdə meydandan qalib ayrılan klub, 32 oyun bərabərə qalıb və 28 qarşılaşmada məğlub olub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

