Kompüteriniz varsa bu xəbəri mütləq oxuyun
Bildiyimiz kimi, ötən il Azərbaycanda bir sıra sahələrdə bahalaşma müşahidə olunub.
Bu qiymət artımı texnologiya sahəsindən də yan ötməyib. Belə ki, kompüter təmiri də bahalaşıb.
Bu haqda kompüter təmiri ilə məşğul olan peşəkar usta Nəriman Zeynal Minval.info-ya açıqlamasında deyib. O bildirib ki, ötən illərlə müqayisədə yeni ildə təmirlə bağlı bahalaşma yaranıb.
Bahalaşmaya səbəb isə kompüter detallarının xaricdən baha qiymətə gətirilməsidir:
“Söhbət servis qiymətlərindən gedirsə, burada heç bir bahalaşma yoxdur. Təmir xərcləri həmənki qaydada qalıb. Lakin, kompüter detallarında bahalaşma mövcuddur. Detalların qiymətlərində 3-5 manat fərq var. Ümumiyyətlə, Azərbaycana detallar Çindən, Dubaydan gətirilir. Dubay da hazırda gömrükdən çıxan mallara 5 faiz rüsum tətbiq etmək istəyir. Avtomatik olaraq hansısa malın üzərinə 5 faizlik rüsum əlavə ediləndə, həmin mal Azərbaycana gəlib çıxanda, 100 manatlıq malda 5 manat artım olur. Bu o deməkdir ki, yeni bir detal alınarkən həmin detal baha qiymətə satılır. Yəni 100 manatlıq məhsulda 5-6 manat fərq yarana bilir”.
Leyla Əfqan
Minval.İnfo

