Konfrans Liqası: “Qarabağ”ın oyunlarının başlama saatı açıqlanıb
“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Fransa “Marsel”inə qarşı keçirəcəyi oyunların başlama vaxtı açıqlanıb.
Minval.info xəbər verir ki, fevralın 17-də Marsel şəhərindəki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionundakı görüş saat 21:45-ə təyin olunub.
Qeyd edək ki, “Qarabağ” H qrupunu 11 xalla ikinci pillədə başa vurub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

