Konfrans Liqası: “Qarabağ” pley-offda, “Bazel” 1/8 finala vəsiqə qazanıb

“Qarabağ” UEFA Konfrans Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.

Minval.info-nun məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv H qrupundakı altıncı sınağında İsveçrə “Bazel”inin qonağı olub. “Sankt-Yakob Park” stadionunda oynanılan qarşılaşma Ağdam təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Görüşə sürətli hücumlarla başlayan “köhlən atlar” 2-ci dəqiqədə hakim haqsızlığı ilə üzləşib. Abdullah Zubirin zərbəsindən sonra top qapı xəttini keçsə də, referi qolu qeydə almayıb. Buna baxmayaraq, ruhdan düşməyən qonaqlar ardıcıl 2 epizodda İbrahima Vadji ilə qola yaxın olublar. Lakin hər iki halda “Bazel”in qapıçısı Haynts Linder seneqallı hücumçunun fərqlənməsinə mane olub. Qolkiper az sonra Patrik Andradenin təhlükəli zərbəsini zərərsizləşdirib. 24-cü dəqiqədə Şahruddin Məhəmmədəliyev rəqibin təhlükəli hücumu zamanı çıxışda səhv yol verib. Amma özünü topa hamıdan tez çatdıran Maksim Medvedev komanda yoldaşını sığortalayıb. 29-cu dəqiqədə isə meydan sahiblərinin hücumçusu Artur Kabralın qol vurmasına Məhəmmədəliyev imkan verməyib. O, braziliyalı forvardla üzbəüz dueldən qalib ayrılıb. Oyunda hesab 33-cü dəqiqədə açılıb. Kabral baş zərbəsi isə “Qarabağ”ı meydanın mərkəzinə dəvət edib. İlk hissədə tərəflər çox çalışsa da, hesab dəyişməyib.

Fasilədən sonra da üstün oyun sərgiləyən ağdamlılar 2 dəqiqə ərzində iki real qol epizodu yaxalasa da, Vadji fürsətləri boşa verib. 53-cü dəqiqədə Məhəmmədəliyev Kabralın dubl etməsinin qarşısını alıb. Lakin “Bazel” cəmi 9 dəqiqə sonra istəyinə çatıb. Bu dəfə Patyim Kasami adını tabloya yazdırıb. 65-ci dəqiqədə Kabralın başla vurduğu top qapı tirinə tuş gəlib. 74-cü dəqiqədə isə 23 yaşlı forvard özünün 2-ci, komandasının 3-cü qoluna imza atıb. Bundan sonra “Qarabağ” ən azından fərqi azaltmaq üçün irəli atılsa da, cəhdlər heç bir nəticə verməyib.

Bununla da xallarını 14-ə çatdıran “Bazel” qrup lideri kimi 1/8 finala vəsiqə qazanıb. 11 xalla 2-ci pillədə qalan “Qarabağ” isə mübarizəni pley-offda davam etdirəcək.

Qeyd edək ki, qrupun digər oyununda Qazaxıstan “Kayrat”ı Kiprdə “Omoniya” ilə qolsuz heç-heçəyə razılaşıb.

İdman

Nəşr edilib: 2021/12/10 12:38

Baxış: 25


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06