Könül Kərimovanın 172 manat işıq pulu borcu var – ÖDƏMİR
Müğənni Könül Kərimovanın 172 manat işıq pulu borcu var.
Lent.az-ın məlumatına görə, bu barədə aparıcı Zaur Kamal 5/5 verilişində deyib. O bildirib ki, müğənni kommunal borclarını ödəmir.
K. Kərimova isə aparıcının sözlərinə bu cür münasibət bildirib:
“Düz deyir, dünən dedilər ki, 172 manat borcum var. Oğlum dedi ki, ana, işıq pulunu ödəmək lazımdır. Dedim, gecikirəm, qayıdanda baxaram.
İşığı çox işlədirəm. Evə girəndə hər yerdə işığı yandıra-yandıra gedirəm. Əlacım olsa, yatanda da yanılı qoyaram”.

XƏBƏR LENTİ
2025/11/19 14:22

