Könül Xasıyevanın səhhəti yenidən pisləşdi

Xalq artisti, tanınmış xanəndə Könül Xasıyevanın səhhəti yenidən pisləşib. O, bu gün həkimə müraciət edib.
İslamazeri.com xəbər verir ki, AzVision.az-ın əməkdaşı xalq artistinin özü ilə əlaqə saxlayıb. Çətinliklə danışdığını deyən xanəndə özünü yaxşı hiss etməyidiyni söyləyib.
“Hazırda sistem altındayam. Səhhətim yaxşı deyil. Müalicələr alıram, görək necə olacaq”, – deyə Xasıyeva bildirib.
Qeyd edək ki, xanəndə uzun müddətdir onurğa iflicindən əziyyət çəkir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

