Koronavirus: Britaniyada ölənlərin sayı 10000 nəfəri keçib

Britaniyada bazar günü açıqlanan rəsmi rəqəmlərə görə, koronovirus səbəbindən hospitallara yerləşdirilmiş xəstələrdən daha 737 nəfəri ölüb və beləliklə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 10612 nəfərə çatıb.

Səhiyyə naziri Matt Hancock “bu gün kədərli gündür” deyərək eyni zamanda evlərində qalan insanların səylərini alqışlayıb.

Bundan bir qədər əvvəl hökumətin yüksək rütbəli elmi məsləhətçilərindən biri qeyd etmişdi ki, ehtimallara görə, Britaniya koronavirusdan ən çox zərər çəkmiş Avropa ölkələri sırasında ola bilər.

Buna cavab olaraq, Britaniya hökümətinin biznes naziri Alok Sharma müxtəlif ölkələrdə vəziyyətin “fərqli sürətdə” inkişaf etdiyini qeyd edib.

Bu arada, Londonun St Thomas xəstəxanasının reanimasiya şöbəsindən təzəlikdə çıxmış Britaniyanın Baş naziri Boris Johnson onu koronavirusdan müalicə edən Britaniya səhiyyə sistemi işçilərinə həyatı üçün borclu olduğunu söyləyib və onlara təşəkkürünü bildirib.

Açıqlanan ölüm sayına Britaniya xəstəxanaları xaricində, məsələn, qocalar evində və ya icmalarda olənlərin sayı daxil deyil.

Britaniya hökümətinin üzvləri bu həftə ölkə ərazisində havaların isti və günəşli keçməsinə baxmayaraq Pasxa bayramının təsadüf etdiyi həftəsonu günlərində insanları evdə qalmağa çağırır.

Dünya

Nəşr edilib: 2020/04/12 20:23

Baxış: 103


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06