Koronavirus dolları ucuzlaşdıracaqmı? – RƏY

Koronavirus pandemiyası əksər ölkələrin iqtisadiyyatına böyük məbləğdə zərər vurub. Bu zərərin miqdarı artmaqda davam edir. Böyük zərərlərdən biri də dünyanın fövqəl təbii gücünə malik olan Amerika Birləşmiş Ştatlarına dəyib. Bir çoxları hesab edirik ki, pandemiyanın vurduğu zərər nəticəsində dollar dəyər itirə bilər.

Dolların gələcəyini “MediaPost”a şərh edən iqtisadçı ekpert Zaur Qardaşov bildirib ki, bu valyutanın ucuzlaşacağını deməyə əsas verən bir neçə məsələ var: “ABŞ koronavirusla bağlı həddindən artıq böyük məbləğdə yardım paketləri elan etdi. Ölkə üzrə ediləcək ümumi yardımın dəyəri 5 trilyon dollardır. Yardımlar bütün kateqoriyadan olan insanlarını əhatə edib. Məbləğin böyüklüyü dolların inflyasiyaya uğrayacağını deməyə əsas verir. Amma dolların nəyə nisbətən dəyərsizləşəcək? Əgər valyutalara nisbətdən söhbət gedirsə, digər ölkələrin də valyutaları yaxşı vəziyyətdə deyil. Bu istər avro, yuan , istərsə də rubl olsun. Bu valyutaları olan ölkələr də əhalisinə yardım paketi elan edib. Əgər dollar çap maşına əl atarsa, Avropa Mərkəzi Bankı da çap maşınına əl atacaq. Çin də həmçinin. Bu ümumilikdə pul kütləsinin artımına və inflyasiya səbəb olacaq. Əslində, bu dəyərsizləşmə baş verib. Klassik pulun dəyəri əvvəllər qızılla ölçülürdüsə, bu gün artıq qızılın bir unsiyası 1800 dollara yaxınlaşıb. Halbuki əvvəl qızılın 1 unsiyası 1250-1300 dollar civarında olub. Bu o deməkdir ki, ölkələrin milli valyutaları maddi dəyər ifadəsində artıq dəyərsizləşib”.

Zaur Qardaşovun sözlərinə görə, dollara dəstək verən maddi dəyər neftdir: “Normalda dolların dəyərsizləşməsi neft qiymətlərini artırır. Lakin hazırda dollarla ucuz neft almaq imkanı var. Bu vəziyyət ilin sonuna kimi belə davam etsə, dolların dəyərinə ciddi təsiri olmayacaq. Pandemiya dövründə ABŞ bir qədər fərqli davrandı. Misal olaraq, karantin rejiminin tətbiq edilməsi, ştatların özündən asılı idi. Birləşmiş Ştatlarda artıq sosial mühit canlanıb. Artıq insanlar işə gedir. Ümumiyyətlə, hesab edirəm ki, ABŞ iqtisadiyyatı tez bərpa olunacaq. Düzdür buraxılan pul həddindən artıq çoxdur. Amma orada sistem elə qurulub ki, saat kimi işləyir. Artıq pula da yer tapıblar. Misal olaraq, artıq pullar ölkədən çıxacaq və başqa ölkələrdə investisiyaya yatırılacaq ki, əlavə gəlir gətirsin”.

Maliyyə, Vacib

Nəşr edilib: 2020/04/27 13:30

Baxış: 1270


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06