“Koronavirusa görə dustaqlarla bağlı müraciət hazırlanır” – hüquq-müdafiəçisi

Dünyanın 75 ölkəsində 100 min nəfərə yaxın insan Çindən yayılan koronavirusa (COVİD-19) yoluxub. Ölənlərin sayı durmadan artmaqdadır. Belə bir vəziyyətdə Çinin ardınca İranda da cəzaçəkmə yerlərindən məhbusların azad edilməsi haqda qərar verilib.

Çində virusun episentri olan Xubey vilayəti ilə yanaşı, Şandun və Cıcian vilayətlərində yerləşən 3 cəzaçəkmə müəssisəsində 900-ə yaxın məhbusun virusa yoluxması aşkarlanıb. Xubeydəki cəzaçəkmə müəssisələrində 631 məhkum virusa yoluxub. Bundan başqa, 1279 nəfər virusa yoluxmaqda şübhəli bilinərək tibbi nəzarətə götürülüb. Şandun vilayətindəki Jençen cəzaçəkmə müəssisəsində biri həbsxana zabiti olmaqla 207 nəfərin virusa yoluxduğu bildirilir. Cıcian vilayətində isə 34 məhkumun virusa yoluxduğu təsdiqlənib. Həbsxanalarda koronavirusa yoluxduğu təsdiqlənmiş bütün şəxslər xəstəxanalara yerləşdiriliblər. Virusa yoluxması şübhə edilənlər və yoluxanlarla yaxın təmasda olanlar isə təcrid ediliblər. Həmin həbsxanaların bir neçə məsul şəxsi vəzifəsindən azad edilib.  İranın ali rəhbəri ayətüllah Ali Khamenei iranlıları koronavirusla mübarizədə dövlətə dəstək verməyə çağırıb. Qonşu İranda indiyədək bu virusa yoluxmadan ölənlərin sayı 77 nəfərə çatıb. Bu, Çindən kənarda ən böyük ölüm göstəricisidir.

İran ali rəhbəri tərəfindən martın 3-də yayılan bəyanatda deyilir ki, virusun yayılmasına qarşı mübarizədə Səhiyyə Nazirliyinə dəstək üçün ölkənin silahlı qüvvələrini həyəcan vəziyyətinə gətirib. Səhiyyə nazirinin müavini Alireza Raisi deyib ki, indiyədək İranda koronavirusa 2336 yoluxma halı qeydə alınıb. O bildirib ki, bunlardan 835 yeni yoluxmalardır və daha 11 nəfər dünyasını dəyişib. Konstitusiyaya Nəzarət Şurasının üzvü Mohammad Mirmohammadi Tehran xəstəxanasında vəfat edib. Bundan əvvəl İranın Vatikandakı keçmiş səfiri Hadi Khosroshahi də virusa yoluxmadan vəfat etmişdi. İranın vitse-prezidenti Masumeh Ebtekar və koronavirusla mübarizəyə birbaşa rəhbərlik etməli olan səhiyyə nazirinin müavini Iraj Harirchi koronavirusdan xəstələniblər. Ümumilikdə İran parlamentinin 23 üzvü koronavirusa yoluxub. İran təcili tibbi xidmətinin rəhbəri Pirhossein Kolivand də xəstələnib. İranda yeni infeksiyanın qarşısının alınması tədbirlərindən biri kimi on minlərlə məhbus həbsxanadan “müvəqqəti” azad edilib. Bütünlükdə həbsxanadan 54 min məbus buraxılıb.

COVID 19 adlı virus az qala 3 min nəfərin həyatına son qoyub.

Azərbaycanda Nazirlər Kabinetinin yanında operativ qərargah yaradılıb. Qərargahın son məlumatına əsasən Azərbaycanda yoluxma hallarının ümumi sayı 3-ə çatıb. Nazirlər Kabinetinin qərarı ilə Azərbaycandakı bütün təhsil müəssisələrində tədris martın 3-dən 9-na qədər dayandırılıb. Nazirlər Kabineti yanında operativ qərargahdan bildirib ki, koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə ölkənin bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub. Təhsil müəssisələrindən sonra kontingent sayına görə ilk yerlərdə olan cəzaçəkmə müəssisələridir.  Bu gün digər ölkələrdən fərqli olaraq Azərbaycan cəzaçəkmə müəssisələrində koronavirusa yoluxma halları yoxdur. Qabaqlayıcı profilaktik tədbirlər çərçivəsində Azərbaycan İran nümunəsinə müraciət edə bilərmi? Dünyanı ağuşuna alan ölümcül virusun kökü kəsilənə qədər Azərbaycandakı cəzaçəkmə yerlərində cəza çəkən məhbuslar müvəqqəti də olsa azad oluna bilərlərmi?

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a deyib ki, hazırda bu məsələ ilə bağlı hökumətə təkliflər hazırlayırlar: “Koronavirusa yoluxma təhlükəsi qarşısında İran 54 min dustağı evinə buraxıb. Azərbaycanda da eyni addım atılsa, bu ancaq cəzaçəkmə yerlərində virusun mümkün yayılma ehtimalı zamanı daha az şəxsin yoluxması demək olar. Eyni zamanda siyasi məhbusların da digər məhbuslarla birgə azad edilməsi çox müsbət olardı. Hazırda bu məsələ ilə bağlı Monitorinq Qrupu məşğul olur, Ədliyyə Nazirliyinə, Prezident Adminstrasiyasına müraciətlər hazırlayırıq”.

Novella Cəfəroğlu bildirib ki, müraciətin mətni də ictimaiyyətə də təqdim olunacaq.

Xatırladaq ki, bir müddət öncə dünyaca məşhur “Google” şirkəti koronovisusa görə, işçilərinin evdən işləməsi ilə bağlı qərar verib. “Google”dan sonra daha bir texnalogiya nəhəngi bu yolu seçib. Belə ki, “Twitter” də işçilərinin evdən işləməsi ilə bağlı addım atıb. Bu barədə Sosial şəbəkənin rəhbərliyi açıqlama yayıb. “Twitter” təxminən 5 min işçisinin koronavirus narahatlığına görə, evdən işləməsinə razı olub. Bildirilir ki, evdən işləmək HonqKonq, Yaponiya və Cənubi Koreya ofislərindəki işçilər üçün məcburidir. Ancaq digər bölgələrdə çalışan işçilər üçün kritik vəziyyət elan olub: “Bundan öncə içilərimizin sağlamlığını qorumaq üçün səyahət, fəaliyyət və ziyarət məhdudiyyətləri qoymuşduq. İndi ona əlavə olaraq belə bir addım atdıq. Bu gündən başlayaraq, mümkün qədər bütün dünya ölkələrindəki işçilərimiz üçün “evdə iş” rejiminə keçmişik. Məqsədimiz COVİD-19-un bizim və ətrafımızdakı dünya üçün yayılma şansını azaltmaqdır”.

Ölkə, Vacib

Nəşr edilib: 2020/03/04 23:31

Baxış: 475


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06