Koronavirusa yoluxan şəxs neçə müddətdən sonra peyvənd vurdurmalıdır? - Açıqlama
Tibb işçilərinin COVID-19-a yoluxub xəstələndikdən 3 ay sonra, adi vətəndaşların isə 6 aydan sonra virusa qarşı peyvənd vurdurması məsləhətdir.
Minval.info xəbər verir ki, bunu Trend-ə həkim Emil Qasımov deyib.
Onun sözlərinə görə, COVID-19-a qarşı vurulan peyvəndin qoruyuculuğunun nə qədər davam edəcəyi hələ bilinmir.
Daha əvvəlki təcrübələrə – yuxarı tənəffüs yolları üçün istifadə olunan peyvəndləmələrə əsasən, COVID-19-a qarşı peyvəndin qoruyuculuğunun 6 ay – 1il davam edəcəyi ehtimal olunur:
“Vaxt irəlilədikcə peyvəndin vurulması təkrarlana bilər. İndiki vəziyyətimizə görə, bir ildən sonra peyvəndin vurulması təkrarlanmalıdır. Ancaq bunu zaman göstərəcək”.
XƏBƏR LENTİ
2025/11/19 14:22


