Koronavirusa yoluxan son 143 nəfərin əksəriyyəti Nəsimi rayonundadır
“Ölkə üzrə yoluxanların 9.1 faizini xaricdən gətirilən vətəndaşlar təşkil edir”
Musavat.com xəbər verir ki, bunu TƏBİB-in rəhbəri Ramin Bayramlı deyib.
R.Bayramlı qeyd edib ki, ölkə üzrə ən çox yoluxma- 47,5 yazı olmaqla Bakının payına düşür:”Bakıda ən çoz yoluxma Yasamal rayonundadır. İkinci yerdə is Nəsimi rayonudur. Son yoluxanların əsas hissəsi Nəsimi rayonunda qeydə alınıb”.
Bölgələrdə isə ən çox yoluxma Gəncə və Lənkəranın payına düşür.
İlkin Muradov
XƏBƏR LENTİ
2025/11/19 14:22


