Koronaviruslu xəstələrdən reportaj hazırlayan jurnalistlər: “Ən xırda səhvimiz bizi oranın sakininə çevirəcəkdi”

Koronavirus epidemiyası dünyanı cənginə almağa davam edir. Hər gün minlərlə insan bu virusa yoluxur, onların bir qismi həyatını itirir. Bu qrup peşə sahibləri var ki, onlar risk qrupundadır. Onların ilk sırasında gələnlər həkimlərdir ki, daim bu cür xəstələrlə kontaktda olur. Koronavirusla bağlı daha çox məlumat toplamaq və insanları məlumatlandıran jurnalistlər də bu karantin dövründə küçələrdədir. Onların bəziləri koronaviruslu xəstələrin müalicə aldığı xəstəxanalara yollanır, xəstələrlə birə-bir ünsiyyətdə olur.

Bəs, xəstəxanalardan reportaj hazırlayan həmin həmkarlarımız xüsusi qoruyucu geyimdə olsalar da, daha sonra testdən keçirmi? Xəstələrlə birə-bir ünsiyyətdə olmaq onları narahat edirmi? Çəkilişə gedən zaman içlərində hər hansı qorxu, həyəcan hissi olubmu? 

Musavat.com koronaviruslu xəstələrlə bağlı reportaj hazırlayan televiziya əməkdaşlarının təəssüratlarını öyrənib.

“Xəzər” televiziyasının əməkdaşı Elmin Bayramlı bildirib ki, xəstəxanaya gedən zaman onları gözləyən təhlükədən xəbərdar olublar: “Biz artıq ora gedəndə bizi gözləyən təhlükə və risk barəsində məlumatımız var idi. Rəhbərlik tərəfindən də qəti tapşırıq verilmişdi ki, əsas təhlükəsizlik və sağlamlığımız amilini nəzərə alaq. Xəstələrin yanına getməzdən əvvəl təxminən 1 saata yaxın bizə təlim keçildi və necə qorunmaq barədə tapşırıqlar verildi. Ən əsas məsələ xüsusi geyim qaydasından istifadə dəfələrlə göstərildi. Ən xırda səhv belə çəkiliş üçün gəldiyimiz palatanın artıq xəstə kimi sakininə çevriləcəyimizə səbəb olacaqdı. Ona görə mütləq qaydada xüsusi həkim nəzarəti altında çəkiliş baş tutdu. Xəstələrə olduqca yaxın olduq. Deyərdim ki, həmin vəziyyətdə həkimlərimiz üçün hansı risklər var idisə, o təhlükə bizim üçün də eyni idi. İlk dəqiqələr olduqca həyəcanlı anlar idi. Həkimlərimizin pozitiv əhval-ruhiyyəsi isə artıq bizə qorxunu belə deyək tam unutdurdu. Çəkiliş bitdikdən sonra isə yenidən həkim nəzarəti ilə geyimləri çıxardıq. Xüsusi maddə ilə çəkiliş etdiyimiz avadanlıqlar tam dezinfeksiya edildi. O cümlədən əllərimizi və digər geyimlərimizi də dezinfeksiya etdik”.

İTV-nin əməkdaşı Xəyalə Əziz isə qeyd edib ki, onların koronavirusdan qorunması üçün bütün tədbirlər görülüb: “Qorxu deməzdim. Qorxan adam bu riskə getməzdi, getsə də, yaxşı nəticə alınmayacaqdı. Qarşılaşdığın situasiyanı, ətrafda baş verənləri tam dərk etmək istəyirsənsə, gərək beynində dəqiqlik, məsuliyyət və cəsarətdən başqa heç nə olmasın. Nə yalan deyim, narahat idim amma… O çəkilişdən əvvəlcə çalışdığım şirkətə, daha sonra evə qayıdacaqdıq. Məni işdən evə isə nişanlım aparacaqdı. Xəbərlər xidmətində çalışanların sayını yuvarlaqlaşdırıb 40 nəfər götürsək, bu, 40 ailə deməkdir. 2 ailə isə məlumdur. Ona görə də maksimum diqqətli olmalıydıq. O reportajdan sonra hamı bizim üçün narahatlıq keçirdi. Həm də özlərinə görə. Çünki virus daşıyıcısı ola bilmə ehtimalımızı heç vaxt ağıllarından çıxartmırlar. Bu şübhələr adamı incitmir, o vaxt incidərdi ki, həqiqətən başqalarına da ziyanımızın dəyməsi ehtimalı olsun. Reportajın hazılandığı gündən artıq xeyli vaxt keçib. Bir daha aydınlıq gətirim ki, biz xəstələrlə təmasda olmamışıq, sadəcə ünsiyyət qurduq, fikirlərini dinlədik. Süjetdə gördükləriniz koronavirus xəstələrinin cəmi bir hissəsidir. O da ki, çəkilişə razılıq verənlərdir. Baş çəkdiyimiz xəstəxanalarda daha çoxunu görmüşük. Sadəcə olaraq çəkilişə izn vermirdilər, özümüz söhbət edib palatalarını tərk edirdik. Birinə ailə üzvü yoluxdurmuşdu, biri #evdəqal çağırışına əməl etməyib qonaq getmişdi. Başqası süni nəfəs aparatının sayəsində həyatda qalır… Elələri də var ki, necə yoluxduqlarını, hətta onlarla nə baş verdiyini ümumiyyətlə anlamayıblar. Biri var press-relizi oxuyub, ondan xəbər hazırlayasan, biri də var həmin insanları öz gözlərinlə görəsən, danışdırasan. Xəstəxanalarda keçirdiyimiz müddət ərzində qoruyucu vasitələrlə tam şəkildə təmin olunduq. Həm də heç bir yerə toxunmur və hər ehtimala qarşı tez-tez dezinfeksiya olunurduq. Əlcəyi, baxılları ikiqat geyinmişdik. Ünsiyyətdə olduğumuz xəstələr də maskalardan istifadə edirdilər. Onların ağız boşluğunun selikli qişasının hər hansı damcısı bizim üzərimizə düşə bilməzdi. Həm də bələdçilərimiz peşəkar həkimlər idi, bizi heç bir anda nəzarətdən qoymurdular. Ona görə də arxayın idik. Test olunmadıq. Öndəki fikirlərim test olunmamağımızın səbəbini tam şəkildə izah edir. Buna qətiyyən ehtiyac qalmadı. Mənim də, operatorlarımızın da, ətrafımızdakı insanların da sağlamlığı tam qaydasındadır”.

Ölkə, Vacib

Nəşr edilib: 2020/04/11 12:30

Baxış: 323


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06