Körpə doğuş zamanı ölüb
Gəncə şəhərində körpə doğuş zamanı ölüb.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə şəhərində yerləşən özəl klinikalardan birində baş verib.
Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Mahirə Mahir qızı Qarayevanın dünyaya gətirdiyi körpə doğuş zamanı ölüb. Körpənin ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22


