Kosmonavtlar yuxarıda Yerə nisbətən daha yaxşı yatır: “Orada nadir hallarda yuxu görürəm”
Kosmonavtlar Yer kürəsindən uzaqda fərqli həyat tərzi keçirmək məcburiyyətindədir. Onlar başqa şərtlər altında yemək yeyir, yatır.
Bizimyol.info xəbər verir ki, kosmonavtlar yuxarıda Yerə nisbətən daha yaxşı yatdıqlarını bildirirlər. Bu haqda rus astronavt Aleksandr Skvortsov danışıb.
“Çəkisizlikdə yatmaq daha rahatdır. Bir tərəfdən o biri tərəfə çevrilmək lazım gəlmir. Həmişə bir yüngüllük hiss edirsən”, – kosmonavt belə deyib.
Skrovtsov yuxu görür. Amma ondan fərqli olaraq, Oleq Skripoçka bu məsələdən əziyyət çəkir. “Orada nadir hallarda yuxu görürəm. Bütün günü fikirləşməli olursan”, – Skripoçka özünü bu cür ifadə edib.
XƏBƏR LENTİ
2025/11/19 14:22


