“Kreml hesabatı” – Putinin qurbanları, ismarış, Krım işğalı, oliqarxlar…

E.Mirzəbəyli: ”Kreml hesabatı” Rusiya cəmiyyətinə bir ismarışdı” 

E.Şahinoğlu: “Sanksiyada adları hallanan siyasi oliqarxlar Rusiya prezidentinin qurbanlarıdır”

Rəsmi Vaşinqtonla Moskva arasında ziddiyyətlər sanksiya  fonunda daha da kəskinləşib. Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanaraq qüvvəyə minən sanksiya  qanunu əsasında hazırlanan “Kreml hesabatı”  Rusiyanın aktiv fəaliyyəti ilə seçilən siyasətçilərə, ölkənin 96 nüfuzlu iş adamlarına da şamil olunacaq.

Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

Elçin Mirzəbəyli

Sözügedən sanksiyaların konkret hədəfi və bu sanksiyaların siyasi proseslərə və münaqişə ocaqlarına təsiri barəsində Minval.İnfo saytına açıqlama verən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partsiyasının sədr müavini, politoloq  Elçin Mirzəbəyli hesab edir ki,  “Kreml hesabatı” Rusiyada keçirilən seçkilərə qarşı yönəlmiş bir addımdı:

”Sanksiya çərçivəsində hazırlanmış bu hesabatda adları çəkilən şəxslərə tam şamil edilməsə də,  onlar hər an  ciddi məhdudiyyətlərə məruz qala bilərlər. Və yaxud da bir sıra başqa dövlətlər var ki, adı keçən şəxslərə qarşı sanksiyalar çərçivəsində hərəkət etmə ehtimalları böyükdür. Şübhəsiz ki, “Kreml hesabatı”nın hazırlanması Rusiyada keçiriləcək seçkiyə yönəlik bir addımdır”.

Politoloq onu da bildirib ki, siyahıda yer alan şəxslər hakimiyyətə çox yaxın olan aktiv insanlardır:

“Hesabatda prezidentin yaxın dairələrinin, əsasən də enerji sektorunda, müdafiə sektorunda çalışan şəxslərin adları çəkilir. Rusiya silah satışından gəlir əldə etsə də onun əsaslı gəliri enerji sektorundan olur. Sanksiyalar hərbi siyasi aspektdən də ölkəyə təsir edəcək. Həm silah, həm də enerji satışında azalmalar müşahidə oluna bilər. Lakin bütün bunlardan öncə “kreml hesabatı” seçkilərin nəticəsinə görə hesablanmış bir sanksiyadır. Və bu Rusiya cəmiyyətinə də verilən bir ismarışdı ki, Birləşmiş Ştatların  Rusiya prezidentinə münasibəti bu formada təzahür edir”.

elxan şahinoğlu ile ilgili görsel sonucu

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, sanksiyalarda adı olan oliqarxlar Rusiya prezidentinin qurbanlarına çevriliblər:

”Krım işğal edilməsəydi, “kreml hesabatı” da hazırlanmazdı. Hazırda həmin oliqarxların xaricdə, o cümlədən Amerika Birləşmiş Ştatlarında maliyyə vəsaitləri, mülkləri var ki, onlar güclü təhlükə altındadır. Həmin şəxslər  kapitallarını itirmə təhlükəsi ilə üz-üzədirlər. Ona görə də, həyəcan təbili çalınmalıdır. Siyasi oliqarxların bu vəziyyətdə hakimiyyətdən üz döndərməsi gözlənilən ola bilər, çünki onların xaricdəki böyük vəsaitlərini itirmək istəməzlər. Gec-tez “Kreml hesabatına” görə, Vladimir Putini günahkar çıxaracaqlar. Açıq şəkildə qiyam etməsələr belə hakimiyyətə münasibətləri dəyişəcəklər. Hətta adları siyahıda olan şəxslərlə, olmayanlar arasında da şübhə yaranacaq”.

Şahinoğlu onu da qeyd edib ki, bu sanksiyaların davamı da gözləniləndi:

”Bu qətnamə son deyil,  başqa sanksiya və qətnamələr də çıxacaq. Sanksiyalar  konkret olaraq Moskva- Vaşinqton müharibəsinə səbəb olmasa da, seçkilərdən sonra  hakim dairənin sosial-siyasi islahatları narazılığa gətirib çıxaracaq”.

Fazil Mustafa

Milli Məclisin deputatı Fazil Mustafa da hesab edir ki, sanksiya öz təsir gücünü göstərəcək:

”Təbii ki, ciddi təsirlər olacaq. Həm siyasi proseslərə həm də münaqişə ocaqlarına. “Kreml hesabatının” iqtisadi sahəyə təsirləri daha çox gözləniləndi. Çox güman ki, bu sanksiyaların nəticəsi olacaq və Rusiyanın mövqeyi də dəyişəcək”.

Zeynəb

Minval.İnfo

Siyasət

Nəşr edilib: 2018/02/03 17:37

Baxış: 807


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06