Kriptovalyuta bazarında son durum – yeni mənzərə

Vüsalə Əhmədova: “Asan pul həvəskarlarının dövrü başa çatır”

Uzun müddətdir durğunluq yaşayan kriptovalyuta bazarında bir qədər canlanma yaranıb və Bitkoinin qiyməti  4 076 dollara yüksəlib. Digər kriptovalyutaların qiymətində də müəyyən qədər artım qeydə alınıb. Bununla yanaşı, dünyanın ən böyük ödəniş sistemlərindən biri olan Visa İnc. özünün Visa Crypto Team adlı kriptovalyuta şöbəsinin yaratdığını elan edib.

Bitkoinin dəyərinin 20 min dollara yaxınlaşdığı bir vaxtda əksər dövlətlər özlərinin milli kriptovalyutasını yaratmaq istədiklərini açıqlasalar da, bu proses də dayandı. Elektron pulun dəyərinin bu qədər oynaqlığı investorları da düşünməyə vadar etdi. Gözlənildiyi kimi , Bitkoin köpüyü söndü və əvvəlki ajiotaj da müşahidə edilmir.

Kriptovalyuta bazarının durumunu dəyərləndirən iqtisadçı-ekspert Vüsalə Əhmədova “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, son bir neçə gün ərzində qiymətlərdə bir qədər artım nəzərə çarpsa da, müsbət tendensiya hələ ki bütün kriptovalyuta növlərində müşahidə edilmir: “Görünən o ki, investorlar həddindən artıq seçici davranırlar və ən keyfiyyətli aktivlərə üstünlük verirlər. Bazar ertəsindən etibarən kapitallaşma 0,7 faiz nisbətində artaraq hazırda 141 milyard dollara çatmaqdadır. Bitkoin bir müddət əvvəl geriləyərək 3900 dollar səviyyəsinə düşsə də, bazar ertəsindən etibarən yenidən 4000 dollar dəyərinə yüksəldi. Bu hərəkətlilik təbii olaraq bazarın gələcək vəziyyəti ilə bağlı iştirakçıların əksəriyyətində fikir müxtəlifliyinin yaranmasına səbəb olur. Əvvəlki şərhlərimdə də qeyd etdiyim kimi, kriptovalyutalar hələ ki, öz mövqelərini möhkəmlətməyiblər. Hazırkı etapda ticarət strategiyası seçilən zaman bu fakt mütləq nəzərə alınmalıdır. Cari tendensiyanın dəyişməsi üçün ilk öncə Bitkoin hazırda mövcud olan 4100 dollardan daha yüksək dəyərdə sabitlənməlidir. Aşağıya doğru gedən tendensiyanın son iki gün ərzində anidən yüksəlməsi bazara böyük alıcıların daxil olduğunu göstərir”.

İqtisadçı hesab edir ki, dünya kontekstində bir sıra gözlənilən hadisələr qiymətlərə təsirsiz ötüşməyəcək: “Məsələn, CoinMarketCap kapitallaşma baxımından 200 ən böyük rəqəmsal valyutanı əhatə edəcək iki kriptovalyuta indeksinə start verməyi planlaşdırır və hansı ki, bu indekslər Nasdaq Global Index Data Service (GIDS), Bloomberg Terminal, Thomson Reuters Eikon (Refinitiv) platformalarına və o cümlədən, Stuttqart Fond Birjasına əlavə olunacaq. Yaponiyada “Maliyyə alətləri və fond birjaları haqqında” qanuna edilən dəyişikliklərə əsasən, birjalar kriptovalyutalarla marja ticarətində mübadilə limitini 1:4 nisbətinə qədər məhdudlaşdıracaqlar. Citigroup  hesab edir ki, mövcud maliyyə texnologiyaları daha səmərəlidir və buna görə də blockçeyn bazasında yeni həll yollarının işlənib hazırlanması rentabelli deyil. Bununla əlaqədar olaraq, şirkətlərin öz kriptovalyutalarını buraxmayacaqları da ehtimal olunur. Çirkli pulların yuyulması ilə mübarizəyə dair maliyyə tədbirləri işləyib hazırlayan Beynəlxalq Qrup Rusiyanın tənzimləyici orqanlarına 2019-cu ilin sonunadək kriptovalyutalarla bağlı qanun layihəsi qəbul etməyi tövsiyyə edib. Bu kimi hallar yaxın gələcəkdə rəqəmsal valyutaların dəyərində bir qədər artım olacağını deməyə əsas verir”.

Vüsalə Əhmədova ile ilgili görsel sonucu

Vüsalə Əhmədova

V.Əhmədova hesab edir ki, rəqəmsal bazarla bağlı sanki bir ssenari mövcuddur, hansı ki, bir müddət aktivlər eyni səviyyədə qalır, daha sonra impulslu hərəkətlilik başlayır: “Bu məntiqə əsaslansaq konsolidasiyanın bir müddət davam edəcəyini, daha sonra sıçrayışların başlayacağını ehtimal edə bilərik. Bitkoin ilə əlaqədar fevral ayının əvvəlindən etibarən oxşar tendensiyanı müşahidə etməkdəyik. Bəzən qiymətlərdəki impulsların heç fundamental səbəbi mövcud olmur. Bitkoin üçün bu, demək olar ki, normal fenomendir. Artıq çoxdandır ki, bazarla bağlı yeniliklər də qiymətlərə çox az təsir etməkdədir. Kriptovalyuta şirkətlərinin təsisçiləri də hələ ki, öz bizneslərinə son verməyə tələsmirlər. Əvvəl də qeyd etdiyim kimi kriptovalyuta bazarı durğunluq mərhələsindədir və tezliklə yenidən sürətli yüksəliş müşahidə edə biləcəyik”.

İqtisadçının fikrincə, rəqəmsal valyutalarla bağlı bəzi perspektivlər mövcuddur: “İlk olaraq, kriptovalyuta birjalarında hələ də böyük investorlar tərəfindən aktivlik təmin edilməkdədir. Bundan əlavə, iri şirkətlər öz rəqəmsal valyutalarını yaratmaqda israrlıdırlar. O cümlədən, 2018-ci ildə rəqəmsal valyutaların kifayət qədər ucuzlaşması bazara çox sayda yeni alıcıların daxil olmasına səbəb oldu. Bu insanlar hər bir halda aldıqları kriptovalyutaları bir şəkildə dəyərləndirməlidirlər. Bütün bunlar isə cəmiyyətdə kriptovalyutaların daha çox yayılması deməkdir. Ümumiyyətlə 2018-ci il nəinki kriptovalyuta, elektron texnologiyalar hazırlayan bir çox şirkətlər üçün də uğursuz il oldu deyə bilərik. Məsələn, Amazon, Facebook, Apple kimi bir çox iri şirkətlərin səhmlərində düşüş yaşandı. 2019-cu ildə onların dəyərində təkrar yüksəlmə ilə yanaşı, bir sıra çevrələrdə kriptovalyutalara da marağın artacağı düşünülür. Əsas etibarilə, infrastrukturun inkişafı ilə birgə rəqəmsal valyuta bazarının da böyüyəcəyini deyə bilərəm”.

V.Əhmədova vurğuladı ki, yaxın gələcəkdə rəqəmsal valyutaların dəyərinin yüksəlməsini təmin edəcək üç əsas faktor mövcuddur: “Bunlar rəqəmsal valyutaların ödəniş vasitəsi kimi geniş istifadə olunması; iri institusional investorlar və o cümlədən, hökumətlər tərəfindən rəqəmsal valyutaların rəsmi olaraq tanınması; kriptovalyuta infrastrukturunun inkişaf etdirilməsi. İnfrastrukturun texniki səviyyəsi yüksəldilərsə əvvəllər rəqəmsal valyutalardan çəkinən iri investorların bazara daxil olması da sürətlənə bilər və bu da  əhalinin rəqəmsal valyutalara marağını stimullaşdıracaq. Zənnimcə ”asan pul həvəskarlarının” dövrü başa çatmaq üzrədir. Artıq rəqəmsal valyutalara rahat ödəniş və daha cəlbedici investisiya vasitə kimi baxılması dövrü gəlib çatıb. İnvestorların bu sahəyə marağının artması, infrastrukturun inkişafı və əhalinin artan aktivliyi hökumətlərin rəqəmsal valyutalarla bağlı siyasətinə də təsirsiz ötüşməyə bilməz. Belə olan halda hökumətlər düşünürəm ki, yalnız tənzimləyici qismində qalmayacaqlar. Məsələn, son illərdə bir sıra ölkələr öz milli kriptovalyuta konsepsiyalarını formalaşdırmağa, dövlət birjaları, ödəniş vasitələri və digər infrastruktur elementlərinin yaradılması ilə aktiv məşğul olmağa başlayıblar. Əgər bu prosesə nüfuzlu ölkələr də qoşularlarsa o zaman düşünürəm ki, tam başqa bir mənzərənin şahidi olacağıq. Bununla rəqəmsal valyutalara maraq birə beş artacaq.  Yerli səviyyədə götürdüksə isə, ödəniş və köçürmə sistemləri kimi, əhali arasında kriptotexnologiyaların kütləvi istifadəsinə istiqamətlənmiş layihələr effektiv sayıla bilər. Məsələn, Paytomat aktiv inkişaf etməkdə olan kriptoödəniş sistemlərindən biridir. Kiçik və orta biznes sahəsində kriptovalyutalarla ödəniş etmək üçün bir çox ölkədə, o cümlədən, Rusiya və Türkiyədə geniş istifadə edilir. Paytomat ümumiyyətlə kriptovalyuta ilə ödənişlərin həyata keçirilməsi üçün bir sıra proqram təminatları setidir. Bu sistem veb-saytlar, internet mağazalar və sosial şəbəkələr vasitəsilə elektorn ticarət etməyə imkan verir. Bu da dolayısıyla kriptovalyutalara marağı və onun kursunu yüksəldəcək”.

Maliyyə

Nəşr edilib: 2019/03/30 10:39

Baxış: 466


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06