Kristiano Ronaldo dünyanın ən bahalı avtomobilini alıb
Portuqaliya milli komandasının və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldo avtomobil kolleksiyasını yeni modellə zənginləşdirib.
ONA-nın məlumatına görə, hücumçu “Bugatti” şirkətinin ötən ilin martında Cenevrə avtosalonunda nümayiş olunan “La Voiture Noire” modelini alıb.
11 milyon avro qiyməti olan bu maşın dünyanın ən bahalı avtomobili adlandırılır. 1500 at gücünə malik avtomobilin sürəti 420 km/s-a çatır.

XƏBƏR LENTİ
2025/11/19 14:22


