Kristiano Ronaldo Paolo Maldinini arxada qoyub
Portuqaliyalı ulduz bununla da Paolo Maldinini arxada qoyub…
Çempionlar Liqasının qrup mərhələsinin V turunun “Atletiko” ilə hazırda davam edən oyunu “Yuventus”un futbolçusu Kristiano Ronaldonun 175-ci avrokubok matçı olub.
Minval.info xəbər verir ki, portuqaliyalı ulduz bununla da Paolo Maldinini arxada qoyub.
İtaliyalının hesabında 174 oyun var. Bu göstəricidə mütləq rekord ispaniyalı qapıçı İker Kasilyasa məxsusdur – 188 matç.
K.Ronaldo rekorddan 13 oyun geri qalır. Portuqaliyalı artıq gələn mövsümdə bu göstəricini arxada qoya bilər.
XƏBƏR LENTİ
2025/11/19 14:22

