Kristiano Ronaldonu daha çox sevməyə 9 səbəb – Fotolar

Cristiano Ronaldo ile ilgili görsel sonucuFutbol dahisi, milyarder, pleyboy, filantrop. Xeyr, o, fantastik komiks qəhrəmanı deyil, o, gözəl addımları və geniş ürəyi ilə seçilən real insandır…

Portuqaliya millisinin və “Yuventus”un ulduz futbolçusu Kristiano Ronaldonun 9 əsas insani keyfiyyətlərini təqdim edirik:

1. Müntəzəm olaraq qan verir

Müasir futbolun ulduzu, 24 yaşından başlayaraq, daimi qan və plazma donorudur. Yeri gəlmişkən, məhz elə bu səbədən futbolçunun bədənində bir dənə də olsun döymə yoxdur.  Belə ki, tatu döydürdükdən sonra 6 aydan 12 ayadək qan vermək olmaz.

2. Xeyriyyəçiliklə məşğul olur

Kristiano bunu ictimailəşdirməsə də, jurnalistlər müxtəlif yollarla onun kiçik fanatlarının əməliyyatları və dağılmış evlərinin bərpasına xərclədiyi böyük məbləğlər, eləcə də xəstəxanalara sponsorluq etməsi haqda məlumat əldə edə bilir. Bu haqda yazılan xəbərlərə əsasən, demək olar ki, o, bunu qan verdiyi qədər tez-tez edir.

3. Köhnə dostlarını heç vaxt unutmur

Futbol ulduzu köhnə dostlarını yad etməyi və onlara hədiyyələr bağışlamağı çox sevir. Məsələn, Albertu Fantrau, dərin hörmət və möhkəm dostluq naminə, futbolçudan hədiyyə olaraq bağ evi alıb.

4. Ailəsini hədsiz çox sevir

Məşhurluq, fanat ordusu, milyonlarla izləyici və saysız-hesabsız pul Kristianonun əsas dəyərlərinə heç cür təsir göstərə bilməyib. Ailə onun üçün müqəddəsdir. O, böyük və şən ailəsi ilə bərabər səs-küylü istirahəti adada təkbaşına sakit vaxt keçirməkdən daha üstün tutur.

5. Fanatları ilə rahat və açıq ünsiyyət qurur

Böyük fanat ordun olanda, onların hər birinə ayrı-ayrılıqda vaxt ayırmaq mümkünsüz görünür. Onsuz da kimsə küsür, inciyir və ya üzülür. Bu yenə də Ronaldoya aid deyil. Belə ki, hətta “DÇ-2018”ə gecikdiyi vaxt o, avtobusdan düşüb, balaca fanatını sakitləşdirib və onunla şəkil çəkdirib. Belə nümunələrin sayı-hesabı yoxdur.

6. Özünə gülməyi bacarır

Kristiano Ronaldo güclü yumor hissinə malikdir. Madrid küçələrində saatlarla futbol oynayan futbolçu özünü kimsəsiz birinin halına salmaq üçün nələr etməmişdi ki… Hələ bu azmış kimi, o, yanından keçən xanımlardan əlaqə nömrələrini istəyir, zarafat edir və tanınmaz halda olduğundan həzz alırdı.

7. O, pulu yox, futbolu sevir

Kristiano Ronaldo futbolu puldan çox sevir və bir sent belə almasa, oynamağa hazırdır. “Real Madrid”in ÇL-də qalibiyətindən sonra futbolçu əldə etdiyi bütün qonorarı xeyriyyə məqsədi ilə xərcləmişdi. Məbləğ isə yarım milyon avrodan çox idi.

8. Emosiyalarını gizlətməkdən utanmır

Emosionallığı ilə seçilən Kristiano bunu heç vaxt ətrafdakı insanlardan gizlətmir. O, utanmadan var gücü ilə həm sevinə, həm də ağlaya bilər.

9. Həmişə köməyə yetişir

Güclü və eyni zamanda təsirli addım – rəqib komandanın oyunçusuna ehtiyat skamyasına çatmaqda kömək etmək. Buna yalnız Kristiano qadirdir.

“Qafqazinfo”

İdman, Vacib

Nəşr edilib: 2019/08/07 10:34

Baxış: 438


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06