Ronaldodan yeni rekord – VİDEO
Avropa çempionatlarının seçmə mərhələlərinin yeni rekordu qeydə alınıb.
Minval.info xəbər verir ki, Portuqaliya millisinin futbolçusu Kristiano Ronaldo qol sayında mütləq rekord vurub.
34 yaşlı hücumçu AVRO-2020-nin Litva ilə seçmə oyununda (5:1) dörd dəfə fərqlənib. Bununla da onun qitə çempionatlarının seçmə mərhələlərindəki qollarının sayı 25-ə çatıb.
Bu göstərici Avropada yeni rekorddur. Portuqaliyalı İrlandiya yığmasında 23 qol vuran Robbi Kinin göstəricisini iki top geridə qoyub.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

