Kuarejmanın Bakıya gəlişi barədə şok iddialar
Xəbər verdiyimiz kimi, Portuqaliya millisinin və Türkiyənin “Beşiktaş” komandasının futbolçusu Rikardu Kuarejma gənclər və idman naziri Azad Rəhimovla görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Tədbirin sonunda nazir qonağa Azərbaycan və Portuqaliya arasındakı dostluğa və futbolçunun əməyinə görə diplomla təltif edib.
Bakıya hər ay müxtəlif tanınmış qonaqlar gəlir, aydın məsələdir ki, onların hamısı nazirlə rəsmi şəkildə görüşmür. Rikardo görüşdə ailəsi ilə dincəlməyə gəldiyini söylədi, yaxşı, bəs niyə Azad Rəhimovla görüşdü? Məgər hər gələn qonaq birbaşa nazirlə görüşə bilər? İnanmıram ki, belə olsun.
Kuarejma suallar veriləndə bir növ şablon və ehtiyatlı danışırdı. Sanki hər dediyi artıq söz-söhbətə səbəb ola bilərdi. Tərcüməçisi də öz işindən başqa Kuarejmanın şəxsi menecerinə bənzəyirdi, hətta sualların birinə özü cavab verdi. Dünya praktikasında belə bir şey görülüb?
Mən görüşü əvvəldən axıra qədər müşahidə etdim, Quaresmanın xanımını necə mühafizə etməsindən tutmuş, sualdan yayınmasına qədər. Orada olanda bir neçə şayə də eşitdim. Deyilənə görə, portuqaliyalı Rikardo Azərbaycana futbol oynamaq üçün gəlib. İkinci versiya, o, Bakıda biznes planı üçün danışığa qəlib. Üçüncü şayəyə görə, klub prezidenti postuna keçəcək.
Bəli, üçüncü şayə gülməlidir, amma ola bilər, həyatdır. Əsas onu bilirəm ki, Kuarejma Bakıya boş yerə gəlməyib. İnsan Avroliqanın oyununu canlı gəlib izləmədi. Niyə? Axı onun sabiq klubu çıxış edirdi, başqa səbəb elə final idi. Gəzməyə gəlibsə, 1 gülləyə 2 dovşan niyə vurmasın? Həm ziyarət, həm ticarət. Görünür, dovşan məsələsi yoxdur, amma torbada pişik ola bilər. Kuarejma Azərbaycan-Portuqaliya oyununa görə, Bakıya 2012-ci ildə gəlmişdi. Artıq üstündən 7 il 2 ay keçib. 7 ildən sonra onun Bakıya məhz istirahət etməsi üçün gəlişinə inanırsınız?
Müəllif: Ağa Dadaşzadə
Minval.info


