Küçədə 6 kilodan çox heroinlə tutuldu

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunan A.Cəbiyev Yasamal rayonu ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Minval.info-ya bildiriblər ki, A.Cəbiyevin üzərində axtarış aparılarkən 11 qram heroin aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun Mərdəkan qəsəbəsi ərazisində gizlətdiyi 3 kiloqramdan artıq heroin də aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

