Kürəyinə bıçaq sancılan kişinin hərəkətləri hər kəsi şoka saldı – VİDEO
Rusiyanın Tatarıstan Respublikasında xəstəxanaların birində qəribə hadisə baş verib.
“Minval.info” Rusiya mətbuatına istinadən xəbər verir ki, kürəyindən bıçaq yarası almış və əməliyyat olunmağa hazırlaşan kişi alt paltarında, belindən qan axa-axa siqaret çəkməyə çalışıb.
Maraqlıdır ki, tibbi personalı onun bu dəhşətli halı deyil, siqaret çəkmək istəyi həyəcanlandırıb.
Onlar “siqaret çəkmək sağlamlığa zərərlidir” kimi şablon ifadələrlə xəstəni fikrindən yayındırmağa çalışıblar.
XƏBƏR LENTİ
2025/11/19 14:22

