Kürdə batdığı güman edilən şəxsdən acı xəbər
Kürdəmir rayonu, Köhünlü kəndində Kür çayında batan şəxsin cəsədi tapılıb.
Kür çayında Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri başa çatıb.
Minval info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 1989-cu il təvəllüdlü Zamanov Maqsud Məmmədsadıq oğlunun cəsədi dalğıc-axtarış qrupu tərəfindən batdığı ehtimal edilən yerdən 100 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

