Kürdəmir sakini həmkəndlisini bıçaqlayıb

Kürdəmirdə həmkəndlisini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Minval.info-nun Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən rayonun Ərəbqubalı kənd sakini, 1981-ci il təvəllüdlü Samir Qoçu oğlu Hüseynov saxlanılıb.
O, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri zamanı tutularaq istintaqa cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

