Kürdəmirdə “Mercedes” aşaraq yanıb

Kürdəmirdə avtomobil aşaraq yanıb.
Minval.İnfo-nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kürdəmir rayonunun Sorsor kəndində “Mercedes” markalı minik avtomobilinin yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğınsöndürmə bölmələri cəlb edilib. Nəticədə avtomobilin yanar hissələri yanıb.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

