Kürdən cəsədi tapılan şəxs intihar etmiş ola bilər – son sözləri
Bu gün Kür çayının Kürdəmir rayon ərazisindən keçən hissəsində meyiti tapılan 1989-cu il təvəllüdlü Maqsud Məmmədsadıq oğlu Zamanovun intihar etdiyi ehtimal olunur.
Minval.info xəbər verir ki, APA-nın yerli bürosunun hüquq-mühafizə orqanlarından verilən məlumata görə , Kürdəmir rayon sakini M. Zamanov qardaşına zəng edib və “haqqınızı halal edin” deyərək telefonu söndürüb.
Daha sonra ona zəng çatmayıb. Bu səbəbdən də onun intihar etdiyi güman edilir.
M. Zamanovun ölümünün dəqiq səbəbi Kürdəmir rayon Prokurorluğunda aparılan araşdırmanın nəticəsində sonra məlum olacaq.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

