Lənkəranda ağaclar kəsilib – Nazirlik araşdırmaya başladı

Sosial şəbəkələrdə Lənkəran rayonunda yeni təmir edilmiş Zövlə kənd orta məktəbinin qarşısındakı həmişəyaşıl ağacların kəsildiyi barədə məlumat yayılıb.
Minval.info-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yayılmış məlumatlarla əlaqədar hazırda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin regional ekologiya idarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.
XƏBƏR LENTİ
2025/11/19 14:22


