Lənkəranda ağır qəza: 4 nəfər yaralandı

Lənkəranda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası olub.
Minval.info-nun Report-a istinadən məlumatına görə, hadisə Sütəmurdov kəndi ərazisində baş verib. İki avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü Təhmasib Heydərov, 1992-ci il təvəllüdlü Araz Hüseynov, habelə daha iki nəfər xəsarət alıb.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. T.Heydərovun və A.Hüseynovun xəsarətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

