Lənkəranda avtobus aşdı: ölən və yaralananlar var
Lənkəranda sərnişin daşıyan avtobus aşıb, bir nəfər ölüb, 10-dan çox yaralı var.
Oxu.Az–ın bölgə müxbirinin xəbərinə görə, dəhşətli qəza hadisəsi rayonun Bəliton kəndində qeydə alınıb.
İlkin məlumata görə, avtobusun sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi aşıb. Sürücü hadisə yerində həyatını itirib. Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

