Lənkəranda itkin düşmüş iki nəfər tapıldı

Ötən gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonu, Xanbulan kəndi ərazisində iki nəfərin Xanbulan çayı ətrafında naməlum şəraitdə itkin düşməsi barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-in əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar.
Əməliyyat şəraiti qiymətləndirilərkən Bakı şəhər sakinləri olan 2 nəfərin (ər və arvad) Xanbulan çayı ətrafında yolu azıb geri qayıda bilmədikləri və Xanbulan su anbarının digər sahilində köməksiz vəziyyətdə qaldıqları məlum olub.
Hər iki şəxs FHN-in xilasediciləri tərəfindən xilas olunaraq, ilkin tibbi yardım göstərildikdən sonra aidiyyəti üzrə təhvil verilib.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

