“Latsio” doğma meydanda “Yuventus”la bacara bilmədi – Video
Turinin “Yuventus” klubu səfərdə “Latsio”nu məğlub edib.
Minval.info-nun məlumatına görə, oyunda hesabı E.Can açıb, amma “Qoca sinyora” hesabda geri düşüb. Yarımmüdafiəçi topu öz qapısından keçirib.
74-cü dəqiqədə Kanselu tarazlığı bərpa edib, 88-ci dəqiqədə isə Ronaldo penalti zərbəsini yerinə yetirərək komandasına qələbə qazandrıb.
Belə də, “Yuventus” 59 xalla birinci yerdə, “Latsio” isə 32 xalla 8-ci yerdədir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

