Əlcəzair höküməti 13 000 insanı səhrada ölümə tərk etməkdə günahlandırılır
Hər il Mərkəzi Afrikadan minlərlərlə miqrant Avropaya getmək ümidi ilə Əlcəzairə qanunsuz yollarla daxil olur.
Minval.İnfo “Thesun”-a istinadən xəbər verir ki, Əlcəzair hökümətinin bu miqrantları silah gücü ilə səhraya qovması iddia olunur.
Xəbərdə indiyə qədər aralarında hamilə qadınlar olmaqla 14 000-ə yaxın insanın səhraya məcburən aparıldığı deyilib.
Miqrantların sözlərinə görə, onlar səhraya buraxılır və yalnız Nigeriyanın istiqaməti onlara deyilir.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22


