Lerikdə ruhi xəstə avtomobil qaçırıb
Lerik rayonunda ruhi xəstə avtomobil qaçırıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Lerik Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 15-də Divağac kəndi ərazisindən kənd sakini C.Ağayevin “VAZ-2107” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Şonayçola kənd sakini, ruhi xəstə E.Məhərrəmov saxlanılıb.
Lerik RPŞ tərəfindən araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

