Hazırda Lerikdə afterşoklar davam edir

Lerikdə baş vermiş zəlzələdən sonra 20-ə qədər zəif təkanlar qeydə alınıb.
Bunu Oxu.Az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə hazırda afterşoklar davam edir:
“Hesab edierəm ki, maqnitudası 5 baldan yuxarı olan təkan gözlənilmir”.
Q.Yetirmişli qeyd edib ki, ərazidə elə bir ciddi dağıntı yoxdur:
“Ola bilər ki kənd yerlərində tövlələrdə, evlərdə çatlar yaransın. Ancaq elə bir ciddi dağıntı yoxdur”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

