“Leyli və Məcnun” başlayır: 10 il davam edəcək
Aktyor və prodüser Elməddin Cəfərovun yeni serialı “Leyli və Məcnun”un yayım tarixi bəlli olub.
Axşam.az bildirir ki, bu barədə layihənin rəsmi İnstaqram hesabında məlumat verilib.
Bildirilir ki, ekran işi 6 oktyabrdan start götürəcək.
“Çoxdan gözlənilən gün gəlir. Növbəti 10 ildə üzünüzü güldürməyə planlaşdırdığımız “Leyli və Məcnun” efirdə olacaq”, – serialın sosial media hesabında yazılıb.
Qeyd edək ki, ekran işində Elşən Hacıbabayev, Səhər Əkbər, Ənvər Abbasov, Ələkbər Əliyev, Gülcahan Salamova, Rəhimə Kudratova və başqaları rol alır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

