Əli Məsimli: “190 manatlıq yardımın iyun və iyul ayında da verilməsini vacib hesab edirik”
Milli Məclisin plenar iclasında çıxış edən deputat Əli Məsimli qarşıdakı iki həftəlik karantinlə əlaqədar olaraq fikirlərini söyləyib.
Musavat.com xəbər verir ki, deputat aprel, may aylarında vətəndaşlara və sahibkarlara göstərilən dövlət dəstəyindən bəhs edərək qeyd edib ki, əgər biz yenidən karantin rejimə qayıdırıqsa, o zaman dəstək tədbirlərinin davamı barədə də düşünmək olar.
Ə.Məsimli “190 manatlıq yardımın iyun və iyul ayında da verilməsini vacib hesab edirik”,-deyə bildirib. İkinci tərəfdən o, pandemiyadan zərər çəkmiş sahibkarlara da zərərin müəyyən hissəsinin ödənilməsini, mikrosahibikarlara dəstək verilməsini təklif edib Ə.Məsimli elektrik enerjisinə görə yenidən güzəştlərin verilməsini də zəruri saydı.
Maliyyə naziri Samir Şərifov isə “dövlət büdcəsinin imkanları hələ ki, mövcuddur, 5 ayın nəticələri kifayət qədər yaxşıdır və 5 ay ərzində dövlət büdcəsində 1,1 milyard manat profisid var”,-deyə, cavab reaksiyasında bildirib.
Əlavə edib ki, hökumət səslənən məsələlərlə bağlı müzakirələr aparır və ehtiyac yaranarsa, müvafiq addımlar atıla bilər: “Əli Məsimlinin qaldırdığı məsələ hökumətin və dövlət başçısının diqqətindən kənarda deyil”.
Nazir əlavə edib ki, təxirə salınmadan müvafiq qərarlar qəbul ediləcək

