Əli Məsimli: “Milyonlar qazanan şirkətlər “Qarabağ Azərbaycandır” sözlərini yazmağı belə cürət etmirlər”

Deputat Əli Məsimli Milli Məclisdəki çıxışında Qarabağdakı müqəddəs savaşdan bəhs edərkən bildirib ki, Milli Məclis daxil olmaqla, bütün dövlət qurumları bir aylıq maaşlarını Silahlı Qüvvələrə Yardım Fonduna köçürüblər.

O qeyd edib ki, təkcə bir ay ərzində 100 milyon manatdan çox vəsait Fonda daxil olub. “Amma çox təəssüf ki, özəl sektor hələ bu prosesə qoşulmayıb”,- deyə Ə.Məsimli bildirib.

Millət vəkili döyüşçülərimizlə bağlı təkliflərini də səsləndirib. Qeyd edib ki, döyüşdə iştirak edənlərin ailələrinin də borcları varsa, bu istiqamətdə də düşünmək olar.

Ə.Məsimli ad çəkməsə də, bəzi özəl şirkətləri tənqid edib: “Azərbaycanda milyonlar qazanan şirkətlər “Qarabağ Azərbaycandır” sözlərini yazmağa belə, cürət etmirlər. Qarabağ azad olunacaq, həmin şirkətlər indikindən qat-qat artıq qazanacaqlar. Belə olan halda onlar nə üzlə Azərbaycan xalqının üzünə baxacaqlar? Əgər birbaşa yardım edə bilmirlərsə, şəhid ailələrinə yardım göstərə bilərlər”.

Deputat onu da deyib ki, Qarabağ azad olunandan sonra Vətən Müharibəsinə yaxından dəstək verən şirkətlərə üstünlük verilməlidir.

Gündəm, Vacib

Nəşr edilib: 2020/11/06 12:53

Baxış: 645


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06