Əliməmməd Nuriyev: “Əfvlə bağlı müraciətlərdə heç kimə əqidəsinə görə fərqli yanaşma olmayacaq”

“Əfv məsələsində konkret adlarla bağlı heç nə deyə bilmərik, müzakirələr ancaq müraciət edənlərlə bağlı gedə bilər ki, bu da iclasda müəyyən olunacaq”.

Bu sözləri Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev musavat.com-a açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, Novruz bayramında əfv olacağı ilə bağlı böyük gözləntilər var: “Biz bir qayda olaraq Novruz bayramı ərəfəsində əfv fərmanının imzalandığının şahidi olmuşuq. Təkcə ötən il istisna oldu. Çünki Cümhuriyyətin 100 illiyi qeyd olunurdu. May ayında cənab prezident tərəfindən əfv sərəncamı imzalandı, nəticədə 634 nəfər cəzadan azad edildi. O cümlədən, həmin şəxslərdən 609 nəfəri azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindən azad edildi. Bir qayda olaraq insanlarımızın gözləntiləri var ki, Novruz bayramı ərəfəsində yenidən əfv sərəncamı olsun. Bildiyiniz kimi, əfv sərəncamının verilməsi cənab prezidentin konstitusion səlahiyyətlərinə aiddir”.

Ə.Nuriyevin sözlərinə görə, Əfv Komissiyasında fasiləsiz olaraq, bu istiqamətdə müzakirələr aparılır: “Əfv Komissiyasının katibi və Prezident Administrasiyasının hüquq-mühafizə orqanları və müdafiə məsələləri üzrə iş şöbəsinin əfv sektoru fasiləsiz işləyir, Ombudsman tərəfindən, deputatlar və məhkumların nümayəndələri tərəfindən edilən müraciətləri almaqdadır. Aldıqca həmin müraciətlər emal edilir, onlarla bağlı rəylər alınır, arayış hazırlanır. Bu proseslər davam edir. Komissiyanın iclası ilə bağlı hələ vaxt məlum deyil, bu məlumatlar toplandıqca komissiyanın iclası ola bilər. Bu da Komissiya sədrinin səlahiyyətlərinə daxildir”.

Komissiya üzvü onu da vurğuladı ki, müriacətlər araşdırılarkən heç kimə əqidəsinə görə fərq qoyulmayacaq: “Bizə ayrı-ayrı şəxslərdən müraciətlər daxil olur, məhbusların yaxınları müraciət edir. Ancaq əfv sərəncamının olub-olmayacağı ilə bağlı açıqlama vermək yanlışlıq olardı. Konkret adlarla bağlı heç nə deyə bilmərik, müzakirələr ancaq müraciət edənlərlə bağlı gedə bilər ki, bu da iclasda müəyyən olunacaq. Kimlər müraciət edibsə, əqidəsindən, siyasi baxımından asılı olmayaraq hər bir müraciətə eyni yanaşma  tətbiq olunacaq. Çünki Əfv komissiyasının üzvləri olaraq bizim üçün Azərbaycan Respublikası vətəndaşları olaraq müraciət edən şəxslər var, onların hər biri diqqətə alınır. Mən iclaslarda hər zaman bunun şahidi oluram. Gələcəkdə də hər bir müraciətə eyni yanaşma tətbiq olunacaq”.

Siyasət

Nəşr edilib: 2019/02/05 18:18

Baxış: 230


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06