Livanda ABŞ dövlət katibinə şok yaşatdılar: Çətin anları anbaan yayımlandı – VİDEO
ABŞ dövlət katibi Reks Tillerson səfərdə olduğu Livanda gözlənilməz hadisələrlə qarşılaşıb. Belə ki, ABŞ-lı diplomat hava limanında təyyarədən enərkən onu nə prezident nə də baş nazir qarşılayıb. Qarşılayanlar arasında hətta xarici işlər naziri belə olmayıb.Minval.İnfo “Ölkə.Az”-a istinadən xəbər verir ki, prezident sarayında da livanlı həmkarı Cübran Bəssil tərəfindən qarşılanmayan Tillerson, bir müddət prezident sarayında tək oturub və dəqiqələrlə Livan prezidenti Mişel Aunun otağa gəlməsini gözləyib.
Tillersonun çətin anları televiziya kanalları ilə canlı yayımlanıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

