“Liverpul”un qələbəsi üçün qurban kəsəcəklər

“Liverpul” klubunun ulduzu Məhəmməd Salahın ailəsi Çempionlar Liqasının final matçından qabaq qurban kəsəcək.
Minval.İnfo Oxu.Az-a istinadən xəbər verir ki, forvardın ailəsi bu gün Kiyevdə keçiriləcək finalda Salahın komandasının “Real”a qalib gəlməsi üçün dua edir. Qohumlar eyni vaxtda üç qoyunu qurban kəsəcək.
Mayın 25-də Salahın matç günü oruc tutmayacağı haqqında xəbər yayılıb.
İngiltərə klubunun Salahdan başqa daha iki futbolçusu – Əmrə Can və Sadio Mane müsəlmandır. Onların yaşıl meydana oruclu çıxıb-çıxmayacağı barədə məlumat verilmir.
Final matçı Kiyevin “Olimpiya” stadionunda Bakı vaxtı ilə 22:45-də keçiriləcək.
XƏBƏR LENTİ
2025/11/19 14:22

