Əliyar Ağayev Çempionlar Liqasında
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev daha bir avrokubok qarşılaşmasına təyinat alıb.
Minval.info xəbər verir ki, həmyerlimiz Çempionlar Liqasında iş başında olacaq.
Ağayev III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində avqustun 7-də Avstriyada keçiriləcək matçda baş hakim olacaq. O, “Zaltsburq” klubu ilə ikinci təsnifat mərhələsinin “Şkendiya” (Mekdoniya) – “Şerif” (Moldova) cütünün qalibi arasında keçiriləcək qarşılaşmada fit çalacaq
Ona Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
XƏBƏR LENTİ
2025/11/19 14:22

