Londonda azərbaycanlı qadın sahibkarların bizneslərinin təqdimat mərasimi keçirilib
Londonda azərbaycanlı qadın sahibkarların bizneslərinin təqdimat mərasimi keçirilib.
APA-nın London müxbirinin verdiyi xəbərə görə, London Azərbaycan Qadınlar Birliyi tərəfindən təşkil edilən tədbirdə Azərbaycana məxsus müxtəlif uşaq və qadın geyim brendləri, əl işləri, ev əşyaları sərgilənib.
London Azərbaycan Qadınlar Birliyinin qurucusu Ülviyyə Tağızadə APA-ya açıqlamasında bildirib ki, təşkil olunan bu cür tədbirlər, Azərbaycan mədəniyyətini, ənənələrinin, qədim tarixinin tanıdılmasında mühüm əhəmiyyət kəsb edir.
“Bugün burada həm Britaniyalı, həm də beynəlxalq ictimaiyyətdən şəxslər iştirak edir. Mən fəxrlə deyə bilərəm ki, Azərbaycan brendinin tanıdılması üçün əlimizdən gələni edirik”, – deyə Ü.Tağızadə vurğulayıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22




