Lotu Qulini təhqir etdi və öldürüldü – VİDEO (18+)
Rusiyada Avropa “obşyakı”nın nəzarətçisi Şexy Həmzət kimi tanınan, Həmzət Qastamirovun cinayətkar klanının çeçen üzvü öldürülüb.
Minval.İnfo xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Timur adlı kişi idarə etdiyi “Mercedes” markalı avtomobilin sükanı arxasında, naməlum şəxslər tərəfindən güllələnib. Cinayətkarlar avtomobilə avtomat silahlardan çoxsaylı atəş açıb. Bu, onun cəsədinin üzərində olan güllə yaralarından da açıq görünür.
Xatırladaq ki, bir müddət əvvəl Timur internetdə hazırda Türkiyədə yaşayan və iddiaya görə, çeçen Əziz Batukayevin ticarət obyektlərini ələ keçirməyə çalışan Nadir Səlifova (Lotu Quli) ünvanlanmış video-müraciət yaymışdı.
Timur həmin videoda açıq şəkildə Qulinin cəzalandırılacağını deyib. Ehtimal edilir ki, məhz bu təhdid dolu ismarıc qanlı qətlin törədilməsinə yol açıb və nəticədə Timur qətlə yetirilib.
Qeyd edək ki, Qastamirov hal-hazırda Almaniyada yaşayır. O, 2016-cı ilin avqust ayında öldürülmüş qanuni oğru Rövşən Canıyevin (Rövşən Lənkəranski) qardaşlığı sayılır. Qastamirov Lənkəranskinin qisasını alacağına and içib.
Minval.İnfo

