“Lüks həyat yaşamaq arzularıyla ömürlərini puç edirlər” – Aparıcı

Son dövrlər həm ailəli xanımların, həm də gənc qızların evdən qaçmaları ilə bağlı xəbərlərə tez-tez rast gəlinir. Adətən ailələr qızlarının evdən qaçmasını itkin düşmüş kimi qələmə verir.

Psixoloqlar ailəli qadınların evdəki problemlərdən, dözümsüzlükdən bu addımı atdıqlarını bildirir. Gənc qızların isə yaxşı və sərbəst yaşamağa can atmasından bu tip addımlar atdığı ehtimal olunur.

Görəsən, doğurdanda da xanımların evdən qaçmalarına səbəb psixoloqların dedikləridirmi?

Cebhe.info bu sualla tanınmış media nümayəndələrinə müraciət edib.

Teleaparıcı Arzu Umut hesab edir ki, son zamanlar evdən qaçma hallarının artmasının əsas səbəbkarı analardır. Onun fikrincə, analar övladlarını düzgün tərbiyə verə bilmirlər:

“Əfsuslar olsun ki, oglanları kişi kimi cəmiyyətə yararlı böyüdə bilmirlər. Ailəyə müdaxilə çoxdu. Bunun içində sosial səbəblər də var. Evdən qaçan xanımlara gəlincə, onlar yüngül həyat tərzinə meyilli insanlardır. Bunun da, başında yenə ailə tərbiyəsi dayanır. Basqı ilə böyüyən qızlar çox vaxt sərbəstliyə meyilli olur. Lüks həyat yaşamaq arzularıyla ömürlərini puç edirlər. Bu da informasiyasızlıqdan yaranır. Valideyin övladla dost olmağı bacarmalıdır. Gestapo rejimiylə davranmamalıdır. İnsan zülmə tabedir anlayışı özünü heç vaxt doğrultmur. Kütləvi savadsızlığa doğru gedirik. Hər şeyin başında maarifləndirmə gedir.

Efirlərimiz isə yuxarıda qeyd olunan səbəblərə rəvac verir. Heç kim əksini söyləməsin. 19 illik peşəkar televizya işçisi olaraq bunu əminliklə yazıram. Adi evdar xanım dünəndən saytların ən aktual mövzusu olan aparıcıdan nə öyrənəcək? Araşdırın görək evindən qaçan xanımlar arasında olanların təhsili varmı? Öz ayaqları üzərində duran xanım evdəkindən daha məşəqqətli həyatın onu çöldə gözlədiyini də bilir. Məcbur qalmadığı halda ayrılmır, qorumağa çalışır. Alınmayanda isə sivil forma da, yollarını ayırıb, öz həyatını qurur”.

“Evdən qaçma hadisələri əvvəllər də olub”, deyən jurnalist Məhəmməd Türkmən düşünür ki, amma son illərdə bu media, sosial şəbəkələr sayəsində daha geniş yayıla bilir:

“Gənc qızın evdən qaçmasının onlarla səbəbi ola bilər. Ailə basqısı, qul kimi davranma, qadağalar, fiziki təzyiq, cinsi zorakılıq və s. Təbii ki, yeniyetmə qızların məşhur olmaq, kasıblıqdan qurtulmaq arzuları da var. Mənim dediklərim hələ məsələnin kiçik bir hissəsidir. Hər şey ailədən asılıdır. Övlada basqı etmək, həddən artıq nəzarətdə saxlamaq olmaz. Bir gün bu basqılar onu bezdirəcək və “iplər”dən qurtulmaq üçün qaçacaq, azadlıq istəyəcək. Əgər evinə gedən insanın üzü gülmürsə, deməli bir gün həmin şəxs yolunu dəyişəcək və başqa evə gedəcək. Bu hər kəsə aiddir. Ata, ana, övlad… fərqi yoxdur”.

Aparıcı Murad Həşimov isə düşünür ki, insan arzularının arxasınca getmək istəyirsə, onun qarşısını kəsmək çox çətindir:

“Hər yaşda, hər ağılda fərqli istək, arzu olur. Fərqli düşüncə olur. Xüsusilə, olmazların arxasında olanı insanoğlu həmişə görmək istəyir. Pərdənin arxasındakı ona çox maraqlıdır. Qadağa tam tərs effekt verə bilir. Belə hallar nə qədər çox görülməyə başlasa belə, Azərbaycanda arzuolunan deyil. Ailələr övladları ilə dost, səmimi olarsa, ənənəvi münasibətləri yaşayarıq. Qaldı evli qadınların belə addımına. Deməli, məcburi münasibətlər və insanlar arasında doğru sözün olmamasına yox demək lazımdır. Ailədirsə, belə hal olmaz, birmənalı. Mediaya isə belə olayları çox da gözə soxmamağı arzu edirəm.

“REAL” TV-nin jurnalisti Nərmin Abbasova:

“İstənilən halda, ata evində verilən tərbiyənin düzgün olmadığını düşünürəm. Bütün bunlar tərbiyədə yol verilmiş səhvlərin göstəricisidir”.

Sosial

Nəşr edilib: 2018/11/23 14:27

Baxış: 678


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06