Əməkdar artist vəfat etdi
Əməkdar artist Adil Zeynalov vəfat edib.
Minval.info-nun məlumatına görə, 60 yaşlı sənətçi ötən gecə Bakıda Topçubaşov adına xəstəxanada mədəaltı vəzin iltihabı səbəbilə dünyasını dəyişib. O, Lənkəranda dəfn ediləcək.
Qeyd edək ki, A.Zeynalov 1977-ci ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayıb. Bir sıra rolları ifa edən sənətçi rejissor kimi tamaşalara quruluş da verib.

O, “Qətl günü”, “Susmuş vicdan”, “40-cı qapı” kimi filmlərdə müxtəlif obrazlar canlandırıb.

XƏBƏR LENTİ
2025/11/19 14:22

