Məktəbdə güclü yanğın: İcra başçısı hadisə yerinə gəldi – FOTOLAR

Qubanın Amsarqışlaq kənd orta məktəbində yanğın baş verib.
“Qafqazinfo”nun Şimal bürosunun xəbərinə görə, yanğın saat 16:50-də başlayıb.
Hadisə nəticəsində məktəbdə olan şagird və müəllim heyətindən heç kim xəsarət almayıb.
Əraziyə FHN-nin Quba Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin 3 avtomobili və təcili tibbi yardım maşınları cəlb edilib.
Hadisə yerinə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Təhsil Şöbəsinin müdürü Rüfət Hacıyev, Quba rayon Polis Şöbəsinin rəisi Süleyman Nemətov və Post Patrul Xidmətinin əməkdaşları gəlib.
Kənd camaatı da yanğını söndürməyə cəlb edilib və yanğın söndürülüb.
Minval.İnfo




XƏBƏR LENTİ
2025/11/19 14:22

