Məlahət İbrahimqızı: “İnsanlar 2-3 aydır əlillik pensiyasını almırlar”
Deputat Məlahət İbrahimqızı Milli Məclisdəki müzakirələrdə əlilliyin araşdırılması ilə bağlı davam edən proseslə əlaqədar narahatlığın bildirdi. Bu mənada o, “qurunun oduna yaş da yanır”, deyimini xatırlatdı. M.İbrahimqızı araşdırmaların aparıldığı dövrdə vətəndaşların pensiyasının kəsilməsini də düzgün saymadı: “İnsanlar 2-3 aydır əlillik pensiyasını almırlar. Bəs, bunlar nə ilə dolanmalıdırlar?”
Daha sonra M.İbrahimqızı şəhid alələri və qazilərin, müharibə veteranlarının işlə təmin olunması istiqamətində davamlı addımlara ehtiyac olduğunu vurğuladı. Deputat müvafiq nazirlikləri və komitələri elan olunan məşğulluq marafonuna qoşulmağa çağırdı.
XƏBƏR LENTİ
2025/11/19 14:22


