“Məni Bəxtiyar Vahabzadə çağırdı və dedi ki, camaatı küçələrdə qırıblar” – VİDEO
Şəhidlər xiyabanının salınmasında iştirak edən dəfn komissiyasının üzvlərindən biri Azər Nəbiyev həmin günlərlə bağlı maraqlı sözlər danışıb.
Minval.İnfo saytına danışan Azər Nəbiyev deyib ki, həmin gün Mərkəzi Komitənin qarşısına gələndə orada Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Yusif Səmədoğlu, Vasif Səmədoğlu, Anar, İsmayıl Şıxlı olub:
“Məni Bəxtiyar Vahabzadə çağırdı və dedi ki, burada rəhbərlikdən heç kim yoxdur. Ayaz Mütəllibov gedib Moskvaya, Vəzirov qaçıb, sadəcə Elmira Qafarova var. Camaatı küçələrdə qırıblar. Tez kağız və qələm götür, komissiya yarat. Beləcə 11 nəfərdən ibarət komissiya yaratdıq. Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş insanların indiki Şəhidlər Xiyabanında dəfn olunması üçün ictimaiyyət tərəfindən yaradılmış dəfn komissiyasının adından, sədr kimi Respublika və şəhər rəhbərliyinə etdiyim müraciətə müsbət cavab vermədilər. Bundan sonra o vaxtkı 26 Bakı Komissarları adına rayonun xalq deputatları sovetinin icraiyyə komitəsinin sədri Əli Məmmədova müraciət etdim. Və Əli Məmmədovun imzası ilə o qərarı mənə verdilər. Hazırkı Şəhidlər Xiyabanı da həmin qərarın əsasında salınıb. Bu vacib qərar da hazırda məndədir”.
Tamerlan Mehdi
Fərid Özay
Minval.İnfo

