Mənzil-istismar təşkilatlarının funksiyası ləğv edildi
Baş nazir Novruz Məmmədov “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edib.
“Minval.info” xəbər verir ki, Baş nazir yeni qərarla əvvəlki qərarın 3-cü hissəsinin “a” bəndi ləğv edir.
Qeyd edək ki, bu bənd qismən özəlləşdirilmiş çoxmənzilli evlərdə bu evlərə xidmətin (evin bütün mənzillərinin özəlləşdirilməsinə qədər) evlərə özəlləşdirmədən əvvəl xidmət etmiş dövlət mənzil-istismar təşkilatları tərəfindən həyata keçirilməsini nəzərdə tuturdu.
XƏBƏR LENTİ
2025/11/19 14:22

